ünlü şair Ayaz Arabaçı 'nın kaleme aldığı bu yazı
Azerbaycanlı can kardeşim; ünlü şair Ayaz Arabaçı 'nın kaleme aldığı bu yazı bir Türk gözüyle yazılmış harika ötesi objektif saptamalar.
Her harfine katılıyorum.
Azerbaycan Türkçesi'ni anlamayan olabilir; Ayaz kardeşimin sayfasında İstanbul Türkçesi ile çevirisi de vardır, isteyen oradan okuyabilir.
Belə-belə işlər..(c)
1299-cu ildə Qayı boyu tərəfindən qurulmuş Osmanlı imperatorluğu 1579-cu ilə qədər yaşamışdır.
YÜKSƏLİŞ dövrü 3 əsri əhatə edir.
Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Bu boy Oğuz Xan oğlu Gön Xan oğlu Qayıdan gəlir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır.
Bu imperatorluq 1579-dan 1699-a qədər BİR ƏSR DURĞUNLUQ dövrü keçirmişdir.
1699-dan 1919-a qədər isə TƏNƏZZÜL dövrü keçirərək, NƏHAYƏT YIXILMIŞDIR.
Əslində iki fərqli Osmanlı mövcud olmuşdur:
Xilafətə qədər olan Osmanlı dövləti... (1299–1517) — digər adı ilə Türk İmperatorluğu
1517-ci ildə xilafətin alınmasından sonra başlayan ərəbləşdirilmiş Osmanlı İmperatorluğu… Və ərəbləşdikcə daha da batan o böyük Osmanlı dövləti…
Əslində hər şey türklər üçün çox gözəl gedirdi…
Ta ki xilafət sevdasına düşənə qədər…
O dövrün şərtlərində xilafəti “olmazsa-olmaz” sayan Yavuz Sultan Səlim, onun fikir məsləhətçisi Şeyx İdris-i Bitlisi və başqaları Məmlük dövlətinin əlində olan Abbasi xilafətini almaq üçün Mərcidabıq və Ridaniyyə döyüşlərini təşkil etdilər...
Bu savaşların nəticəsində, qılınc gücü ilə xilafət türklərin əlinə keçdi (1517).
Amma bu, böyük bir problemi doğurdu. Çünki ərəb dünyası xilafətin əllərindən alınmasına şiddətlə qarşı çıxdı və türk xilifəsinə itaət etmək istəmədilər...
Bu problemi həll etmək və ərəb dünyasını türk xilifəsinə bağlamaq üçün ərəblərin də qəbul edəcəyi bir orta yol tapıldı.
Bu yol — Misir və ərəb diyarlarından seçilmiş təxminən iki minə yaxın alim, molla, Əbusuud Əfəndi kimi fiqurların İstanbula dəvət olunması, onlara pul, mal-mülk, torpaq verilməsi və daimi məskunlaşmalarının təmin edilməsi idi...
Bu yolla imperatorluğu ərəbləşdirmək, başqa sözlə desək, türk İslamını tərk edib ərəb İslamına yönəlmək üçün ortaq bir razılaşma əldə edildi.
Bu layihəni ərəblər də dəstəklədilər və layihə həyata keçirildi. Təəssüf ki, bundan sonra artıq imperatorluqda – bu gün də qismən olduğu kimi – “Türk” sözü qadağan edilir, “Türkəm!”, “Türkmənəm!” deyənlər “qızılbaş” deyib təhqir olunur, sıxışdırılır, başları kəsilir.
Bu dövrdə yalnız Kuyucu Murad Paşanın “Türkəm”, “Türkmənəm” dediklərinə görə başını kəsdirib quylara doldurtdurduğu adamların sayı 158 mindir.
Təəssüf ki, Osmanlının son 350 ili, ilk 250 ildən fərqli olaraq, türklərə zülm və təzyiqlərlə keçir. Sərt ərəb yönümlü məzhəbçilik sistemi qurulur...
1603-cü ilə gəldikdə artıq Əhli-Beyt türk təkkələri qadağan olunur, bağlanır, yerinə Xalidî, Nəqşibəndî, Kürdî təkkələri qurulur.
Bu dövrdə kürdlərə saysız-hesabsız imtiyazlar verilir,
1839-cu il birinci Tanzimat Fərmanına qədər kürdlər hərbi xidmətə belə çağırılmır (bu, Şah İsmayılın əvəzinə kürdlərə verilən diyə sayılır.. diyə-qanbahası)
Yenə bu dövrdə türklər saraydan, ordudan və dövlət sistemindən tədricən uzaqlaşdırılır...
Türklərin hərbi və siyasi gücünü qırmaq üçün, bu ərəb mollalarının fətvaları ilə yalnız türklərdən ibarət serdengeçti dəstələri qurulur və ən ön cəbhədə savaşmağa məcbur edilirlər, bu yolla qırılırlar, qənimət belə toplanmağa qoyulmur.
Qənimət isə saraylardakı ərəb mollalarla iş birliyi edən yeniçərilər arasında bölüşdürülür...
Ordudan, saraydan və idarədən tədricən uzaqlaşdırılan, başları kəsilən, sürgün edilən türklərin bir hissəsi bu mollalara qarşı qəzəblənərək, canını qurtarmaq üçün kürdləşməyi əsas strategiya seçirlər.
Bu kürdləşən tayfa və boyların ən böyükləri Avşar, Halaç, Muqri, Bayat, Bəydili, Əvya, Yıva kimi tayfalardır. Tarixdə bunlara "Əkrad (kürdləşmiş) türkmənlər" deyilir...
Yenə Kelkitdən Həkkariyə qədər olan bölgədə yaşayan Ağqoyunluların böyük bir hissəsi İrana köç edir. (Bu gün dünyanın ən böyük türk əhalisi Tehranda yaşayır...)
Beləcə əsrlərlə başımıza bəla olacaq Kürd problemi bu siyasətlərin nəticəsi olaraq ortaya çıxır və böyüyür.
Osmanlı elə bir çıxılmaz duruma düşür ki, nə xilafətdən imtina edə bilir, nə də imperatorluğun qan itirməsini dayandıra bilir.
Çünki imperatorluğu quran əsas ünsür olan türkmənlər kənara atılır, məzhəbçiliyin qurbanına çevrilir...
Mollalar isə başda mətbəə olmaqla bir çox ağılsız fətvalar verirlər...
Və nəticədə Osmanlıya Renessans dövrünü əldən verdirdirlər, Renessansdan İngiltərə faydalanır...
Mətbəə ilk dəfə 1480-ci ildə yəhudilər vasitəsilə Osmanlıya gəlir, sonra 1527-ci ildə ermənilər, 1563-cü ildə isə rumlar mətbəədən istifadə edirlər.
Bu məşhur mollalarımız isə hər dəfə yeni bir fətva ilə bizimkilərin mətbəəyə qovuşmasını əngəlləyirlər. Ta ki 240 il sonra, 1727-ci ildə İbrahim Müteferriqa sayəsində mətbəəyə sahib oluruq – amma artıq bilik yarışında çox gecikmişik…
İndi isə aydın şəkildə bu sual verilməlidir:
1299–1683 Vyana məğlubiyyətinə qədər bütün savaşlarını qazanmış olan bir türk imperatorluğu (Osmanlı) varkən;
niyə son 250 ildə girdiyi bütün savaşları uduzub, üstəlik Kurtuluş savaşı aparmaq məcburiyyətində qaldı?
Osmanlı bu dövrdə, yəni təxminən 1683 Vyana məğlubiyyətindən, 1922-ci ildə Ankara – Haymana ovalığında baş tutan Sakarya döyüşünə qədər bütün savaşlarını uduzmuşdur.
Görəsən, xilafət və onunla bərabər tətbiq edilən türk düşməni ərəb-məzhəbçi siyasətlər olmasaydı, o böyük imperatorluq batardımı?
Və yenə: Yunus Əmrələrin, Hacı Bəktaşların, Seyyid Qazilərin, Əhməd Yəsəvilərin İslamı, İslam deyildimi?
Osmanlını quran Şeyx Edebali, Akşəmsəddin kimi sufilərin İslamı, İslam deyildimi ki, Əbusuudlara təslim edilərək o böyük imperatorluq batırıldı…